Analitika

Azərbaycan-Tacikistan əlaqələri  müstəsna əhəmiyyətə malikdir

“Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Bu xüsusda Azərbaycan-Tacikistan əlaqələri də müstəsna əhəmiyyətə malikdir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir. İki ölkə rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi təşkilatların müxtəlif səviyyəli toplantılarında iştirak çərçivəsində görüşlər keçiriblər. Bu həm də dövlətlərin beynəlxalq arenada bir-birinə dəstək olması baxımından da vacibdir. Təsadüfi deyil ki, cari beynəlxalq məsələlərdə Azərbaycanla Tacikistanın mövqeləri bir-birilə uzlaşır. Bütün bu amillər iki ölkə münasibətlərinin sürətli inkişafına geniş imkan yaradıb.

“Azərbaycan Tacikistan dövləti ilə həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayır. Həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivlər var və bu münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Tacikistan və Azərbaycan arasında ticarət əlaqələri sürətlə dərinləşir. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 6,5 milyon dollar təşkil edib. 2023-cu il yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min dollar olub. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanla Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları genişdir. Asiyanı Avropa ilə siyasi, iqtisadi, coğrafi, mədəni baxımdan birləşdirən körpü rolunu oynayan Azərbaycanla əlaqələr Tacikistan üçün Qərbə çıxış imkanıdır. Sözsüz ki, keçirilən görüşlər, imzalanan müqavilələr iki ölkə arasında iqtisadi əlaqələrin, həmçinin, qarşılıqlı ticarətin həcminə öz təsirini göstərməkdədir.

Onun sözlərinə görə, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Bu sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür.

Oxşar Xəbərlər

Back to top button