GündəmSiyasət

Azərbaycan Suriyaya başsağlığı verib

Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.

Globalnews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında paylaşım edib.

“Suriyanın paytaxtı Dəməşqdə Müqəddəs Mar Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

Oxşar Xəbərlər

Back to top button