
Azərbaycan tarixən öz milli maraqlarını qorumaq üçün daha çox daxili gücünə və xalqın birliyinə istinad edib. Xarici təsirlərə, beynəlxalq oyunçulara və institutlara inamın tez-tez sarsıldığı şəraitdə, ölkə öz təhlükəsizliyini, suverenliyini və strateji istiqamətini özü müəyyənləşdirib. Bu yanaşma, xüsusilə müharibə və gərginlik şəraitində öz effektivliyini sübut edib.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir beynəlxalq təşkilatın və ya xarici gücün himayəsinə güvənməyib. Əksinə, beynəlxalq hüququn işləmədiyi şəraitdə ölkə öz iradəsini ortaya qoyaraq, hərbi və siyasi sahələrdə mühüm nailiyyətlərə imza atıb. Qarabağ münaqişəsinin həllində də bu prinsipial mövqe həlledici rol oynayıb. Azərbaycan sübut etdi ki, milli maraqları qorumağın yeganə yolu, onları real güclə təmin etməkdir.
Bu strategiya gələcək üçün də sabit bir yol xəritəsi kimi qəbul edilir. Başqa ölkələrin təzyiqinə və ya beynəlxalq təşkilatların passivliyinə arxalanmadan, özünə güvənən dövlət modeli qurulub. Bu, Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətini gücləndirir və onu regionda etibarlı tərəfdaş kimi möhkəmləndirir.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı