AnalitikaGündəmSiyasət

Azərbaycan-Somali münasibətlərində təhsilə xüsusi əhəmiyyət verilir

Bu günlərdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirəcək bir çox mühüm sənədlər imzalanmışdır. İqtisadi, sosial, müdafiə sənayesi, humanitar və başqa sahələrlə bağlı olan bu sənədlər hər iki ölkənin dinamik inkişafında mühüm pillə olacaqdır.

İmzalanmış sənədlər işərisində təhsillə bağlı razılaşmalar ortaq dəyərlərə malik olub ümüumbəşəri köklər üzərində dayanıqlıq tapır.  “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş” adlı sənəd iki ölkə üçün təhsil sahəsində optimal variantların araşdırılması, davamlı tələbə mübadiləsini, elmi tədqiqtlarda qabaqcıl təcrübənin tətbiqini və s. məsələləri özündə ehtiva edir. Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda müəyyən məqamlara toxunmuş, ikitərəfli münasibətlərdə təhsilə xüsusi önəm verildiyini media mənsublarının nəzərinə çatdırmışdır. Cənab Prezident dərin əminlik ifadə edən qətiyyətlə bildirmişdir ki, müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında ən vacib məsələlərdən biri təhsil sahəsidir. Sevindirici hal budur ki, bu gün həmin sahədə artıq ilkin uğurlarımız vardır. Somalidən bir neçə tələbə ölkəmizdə Ulu Öndərimiz Heydər Əliyev adına təsis olunmuş təqaüd əsasında təhsil alır. Artıq imzalanmış yeni sənədlər bu tələbələrin sayını artırmağa imkan verir. İlkin mərhələdə növbəti tədris ilində daha 10 Somali vətəndaşının respublikamızın nüfuzlu tədris müəssisələrində təhsil alması planlanır. Daha sonrakı illərdə müdavimlərin sayının artacağı istisna kimi görünmür.

Son zamanlar ölkəmizdə təhsilin inkişafında əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, ölkəmizin qabaqcıl universitetlərində müasir təhsil proqramlarına çıxış əldə etmək mümkündür. Təbii ki, somalililər üçün belə bir fürsətin dəyərləndirilməsinin ölkənin gələcək iqtisadi inkişafına böyük dividentlər gətirəcəyi heç kəsdə şübhə doğura bilməz.

Elxan İsmayılov,
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button