AnalitikaGündəmSiyasət

Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ

Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiya səfəriçərçivəsində keçirilmiş görüş və mətbuat konfransı, iki ölkə — Slovakiya və Azərbaycan arasındakı əlaqələrin inkişafındamühüm mərhələ kimi qiymətləndirilir. Prezident Əliyevmətbuata verdiyi bəyanatda vurğulayıb ki, Slovakiya vəAzərbaycan “sözün əsl mənasında dost ölkələr”dir və artıq birsıra sahələrdə strateji tərəfdaşlıq ruhunda aktiv əməkdaşlıqaparılır. O qeyd edib ki, son bir neçə ildə imzalanmış “BirgəBəyannamə” bu əlaqələri ən yüksək dövlət səviyyəsinə qaldırıbvə siyasi, iqtisadi sahələrdə əməkdaşlıq sürətlə artıb.
Səfər çərçivəsində danışıqlarda iki ölkə arasında enerji vənəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi planlarıvurğulanıb. Prezident Əliyev bildirib ki, enerji resurslarıbaxımından Azərbaycan regionda etibarlı tədarükçüdür vəSlovakiya Azərbaycanın roluna xüsusi önəm verir. Bu səfərtəkcə diplomatik jest deyil, həm də enerji və nəqliyyat-logistikaşəbəkələrinin genişləndirilməsi, Avropa ilə Asiya arasında körpürolunun gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bəyanatda, Slovakiya ilə əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də regional və Avropa səviyyəsində inkişaf etdirilməsiniyyəti vurğulanıb. Bu, Azərbaycana Avropa ilə körpüfunksiyasını möhkəmləndirmək, investisiya və tranzit axınlarınıartırmaq fürsəti verir.
Qeyd etmək lazımdır ki, bu Prezident İlham ƏliyevinSlovakiyaya ilk rəsmi səfəridir. Slovakiya tərəfi səfəri “iki ölkəarasındakı münasibətlərdə yeni mərhələ” kimi qiymətləndirib. Bu səfər göstərdi ki, Azərbaycan və Slovakiya arasındakımünasibətlər artıq sırf diplomatik protokoldan keçib, stratejitərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq platformasına çevrilib. Energetika, nəqliyyat, ticarət və regional inteqrasiya sahələrindəperspektivlər açılır və bu, Azərbaycanın Avropa-Asiya arasındakörpü rolunda olan mövqeyini daha da möhkəmləndirir.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button