
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin parlaq gələcəyi üçün mühüm işlər görmüşdür. Müxtəlif qərarların qəbulunda isə hər zaman xalqın rifahı və xoşbəxt gələcəyi ön planda olmuşdur.
İnamlı addımlarla, “Dəmir yumruq” siyasəti ilə irəliləyən Prezidentimizin növbəti əməkdaşlıq səfəri 6 aprel 2026-cı ildə Gürcüstanda baş tutmuşdur. Bu səfər ölkələr arasında çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və perspektivlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
İlham Əliyev çıxışında vurğulamışdır ki, bu səfər iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, həmçinin regionda əməkdaşlıq çərçivəsinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O, daim dövlətimizin inkişafını, beynəlxalq arenada tanınmasını və dostluq siyasətini ön planda saxladığını bir daha qeyd etmişdir.
Prezident çıxışında dünyada münaqişələrin mövcud olduğu bir dövrdə sülhün, dostluğun və əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğulamışdır. O, nitqinə “Yenidən Gürcüstanda olmaq mənim üçün şərəfdir” sözləri ilə başlayaraq Azərbaycan ilə Gürcüstan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkmişdir.
Prezident qeyd etmişdir ki, hər iki ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edir. Qonşu dövlətlərin sabitliyi, inkişafı və əmin-amanlığı xalqlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 3,7 milyard dollarlıq investisiya bu əməkdaşlığın bariz nümunəsidir.
Bu əməkdaşlıq modeli regionda sabitliyin təmin olunması və iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından nümunəvi platformalardan biri kimi qiymətləndirilə bilər.
Xalıqlı Fidan
Xarici dil müəllimliyi



