AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında qurulmuş ikitərəfli əməkdaşlıq son illər ərzində qarşılıqlı siyasi etimad, suverenliyə dəstək, iqtisadi və tibbi sığorta sahələrində əməkdaşlıq sistemli şəkildə genişlənmiş, inkişaf edərək regional sabitliyə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə mühüm töhfə verməklə Cənubi Qafqaz və Balkan regionları arasında strateji körpü rolunu oynamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın son illər ərzində dünya dövlətləri ilə əlaqələri xeyli yaxşılaşmış, iqtisadi, siyasi və mədəni münasibətlərdə uğurlar əldə edilmişdir. Dünya ölkələrinin bir çoxu ilə olduğu kimi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında da diplomatik münasibətlər yüksək səviyyədədir.

Serbiya və Azərbaycan arasındakı münasibətlərin əsasını beynəlxalq hüququn fundamental prinsipi olan dövlətlərin ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təşkil edir. Keçmiş Yuqoslaviya 1991-ci il 31 dekabr tarixində Azərbaycanı tanımışdır. Serbiya və Monteneqro ilə Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlər isə ilk dəfə 1997-ci ildə 21 avqust tarixində reallaşmışdır. Bununla da hər iki dövlət rəsmi şəkildə bir-birini tanıdı, beləliklə diplomatik əlaqələrin qurulmasında ilk addım atılmış oldu. 2006-cı ildə Monteneqro ayrıldıqdan sonra Serbiya ayrıca dövlət kimi formalaşdı, lakin buna baxmayaraq Serbiya Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək istiqamətində ikitərəfli addımlar atıldı. 8 iyun 2011-ci ildə Azərbaycanın Serbiyada və həmin ilin fevral ayında Serbiyanın Azərbaycanda səfirliyinin açılması bu addımların davamı oldu. Son illərdə iki dövlət arasındakı yüksək səviyyəli rəsmi səfərlər əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirilmişdir. Belə ki dövlət başçıları, baş nazirlər, xarici işlər nazirlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri də olmuşdur. Bu rəsmi və işgüzar səfərlər zamanı siyasi, iqtisadi və humanitar saəhlərlə bağlı mübadilələr edilmişdir.

Azərbaycan və Serbiya arasındakı diplomatik münasibətlərin möhkəm olduğunu bir daha sübut edən səfər isə 15 fevralda Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə baş tutan Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olmuşdur. Bu sənədlərin mübadiləsi zamanı əsasən qida təhlükəsizliyi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması, media və kommunikasiya, mədəniyyət və idman sahələrində nazirlər arasında qarşılıqlı şəkildə mübadilələr edilib.

Serbiya və Azərbaycan arasında qurulmuş bu münasibətlər yalnız əməkdaşlığı əhatə etməklə qalmır, həmçinin regional sabitliyin təmin edilməsi, möhkəmləndirilməsi, həmçinin beynəlxalq arenada da qarşılıqlı dəstəyin göstərilməsi baxımından da uzunmüddətli xarakter daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim ölkənin xarici siyasətinə xüsusi həssaslıqla yanaşmış və uğurlu siyasət yeritmişdir ki, hal-hazırda ölkəmizin inkişafda olması, dünya dövlətləti ilə qarşılıqlı, uğurlu əməkdaşlıq qurması bunların nəticəsidir. Bütün bunlarla bərabər, həmçinin Azərbaycanın beynəlxalq arenada tanınması da Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Quluzadə Ayşə,
Bakı Slavyan Universitetnin tələbəsi

Oxşar Xəbərlər

Back to top button