![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/1604904145_k.jpg)
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr uzun illər kağız üzərində qalsa da, Azərbaycan diplomatik və hüquqi müstəvidə ədalətli mübarizəsini davam etdirdi. Ölkə beynəlxalq ictimaiyyətin dəstəyi ilə haqlı mövqeyini müdafiə edərək, işğal olunmuş torpaqların azad olunmasına nail oldu.
Hərbi əməliyyatlar və siyasi səylər beynəlxalq hüquq çərçivəsində həyata keçirildi. Azərbaycan, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qoruyan beynəlxalq qanunlara uyğun olaraq addımlar atdı. 2020-ci ildə baş verən müharibə nəticəsində BMT-nin icrasız qalan qətnamələri yerinə yetirildi və ölkənin suverenliyi bərpa olundu. Bu proses beynəlxalq hüququn ədalətli tətbiqinin bariz nümunəsi oldu.
Hazırda Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına çalışır. Bərpa və reinteqrasiya siyasəti həyata keçirilir, beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin inkişafı üçün addımlar atılır. Bu, həm regional təhlükəsizliyə, həm də qlobal hüquqi sistemin güclənməsinə mühüm töhfə verir.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı