
Türk dövlətləri ilə münasibətlərinmöhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycanxarici siyasətinin əsas prioritetlərindəndir. Son illərdəTürk dövlətləri arasında əlaqələr bütün sahələrdəintensiv xarakter alıb və dövrün tələblərinə, baş verənproseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.Qırğızıstanla Azərbaycan arasında da qarşılıqlıanlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycanbütün beynəlxalq təşkilatlarda həmişə bir-birinin mövqeyini dəstəkləyiblər.
Bu baxımdan, 30 iyulda Prezident İlham ƏliyevinQırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstanikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm dəümumilikdə Mərkəzi Asiya regionu ilə stratejiəməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Səfər çərçivəsində gələcək əməkdaşlıq məqsədi ilə birçox sənədlər imzalanıb və hər iki dövlətin prezidentlərimətbuata birgə bəyanatla çıxış ediblər. AzərbaycanPrezidenti İlham Əliyev Qırğızıstan Prezidenti SadırJaparov ilə mətbuata bəyanatında dövlət başçımızınvurğuladığı kimi, “Bu gün biz Sizinlə dövlətlərarasımünasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlıfəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri birdaha nümayiş etdirdik”– deyə bildirib.
Eyni zamanda ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çoxməsələlər – investisiya və digər sahələrdə əməkdaşlığınperspektiv məsələləri müzakirə olunub. AzərbaycanlaQırğızıstan arasında ticarət dövriyyəsinin artmasıtendensiyasının mövcud olduğunu bildirən CənabPrezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəaləməkdaşlıq edirik. Azərbaycan-Qırğızıstan İnkişafFondunun Nizamnamə fondu 200 milyon dollaradəkartıb. “Qırğızıstanda həyata keçirilən çoxlu layihə varvə onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlıfəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir“, – deyən dövlət başçısı əlavə edib ki, əminəm ki, 200 milyon da son hədd deyil.
Azərbaycan tarixi Zəfərdən sonra azad olunanərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Türk dövlətləri də Azərbaycanın Qarabağda və ŞərqiZəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə dəöz töhfələrini verirlər. Qırğızıstan tərəfindən tikilibistifadəyə verilmiş orta məktəb məhz ölkələrimizin vəxalqlarımızın dostluğunun, qardaşlığınınsarsılmazlığının parlaq nümunələridir. Eyni zamandatürk dünyasının böyük yazıçısı, diplomat və ictimaixadim Qırğızıstanın Xalq yazıçısı Çingiz AytmatovunBakıdakı abidəsinin açılışı da bu birliyin, dostluğun vəqardaşlığın rəmzidir.
Əminlillə deyə bilərik ki, ortaq soy-kök, ortaq tarix vəmədəniyyət, milli dəyərlər, eləcə də mövcud potensialvə həyata keçiriləcək layihələr dövlətlərarası bağlarıdaha da möhkəmləndirəcəkdir.
İmran Qasımov,
Azərbaycan Yazıçılar Birliyininüzvü, şair



