
Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu il Azərbaycan ilə Yamayka arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini bildirib.
“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.