Analitika

Azərbaycan-Pakistan əlaqələri öz inkişafının yeni mərhələsindədir

Pakistan dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə dəstəklərini bildiriblər. Və bütün beynəlxalq tribunalarda Ermənistanın siyasi gedişlərini, işgalçı siyasətini bir mənalı olaraq pisləyib. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə, əczaçılıq və bir çox sahələrdə  əməkdaşlıq edirlər. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. Ölkə başçısı bildirib ki, “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub”. Prezident İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərin ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini deyib: “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub”.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button