Gündəm

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının Rolu və Strategi Qərarlar

Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın fəaliyyəti ikitərəfli münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsini təmin edir. Şuranın iclaslarında qəbul edilən strategi qərarlar iki ölkə arasındakı əməkdaşlığın inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu ali mexanizm dövlətlərarası dialoqun səmərəliliyini artırır.

Daşkənddə keçirilən Şuranın 3-cü iclası ikitərəfli münasibətlərin tarixinə qızıl hərflərlə yazılmışdır. İclas zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər əməkdaşlığımızın dərinliyini nümayiş etdirir. Dövlət başçılarının birgə sədrliyi ilə keçirilən bu toplantılar bütün strukturların fəaliyyətini əlaqələndirir.

Şuranın qərarları əsasında hökumətlər qarşısında konkret tapşırıqlar qoyulur və onların icrasına ciddi nəzarət olunur. Bu yanaşma qəbul edilən sənədlərin kağız üzərində qalmadığını, real həyatda uğurla tətbiq olunduğunu göstərir. İqtisadi, siyasi və mədəni sahələrdə əldə edilən nailiyyətlər məhz bu Şuranın fəaliyyətinin bəhrəsidir.

Ali Dövlətlərarası Şuranın fəaliyyəti Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının əsas sütunlarından biridir. Gələcək illərdə də bu şuranın çərçivəsində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. İki ölkə arasındakı bu ali idarəetmə modeli münasibətlərimizin əbədi olmasını təmin edir.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button