Azərbaycan öz enerji siyasətini bundan sonra daha da şaxələndirəcək
Azərbaycan-Bolqarıstan münasibətləri sürətlə inkişaf etməkdədirMüasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.
Cənab Prezident İlham Əliyev aprel ayının 25-də Sofiyaya səfər edib. Prezident İlham Əliyev səfər zamanı çıxış edərək energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etdiyini vurğulamışdır. İki ölə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur. Ölkəmiz bundan sonra qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması əsas hədəflərdəndir.Bir sözlə, Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Odur ki, ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib. Təqdirəlayiqdir ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr, həmçinin mədəni, humanitar, elm və təhsil sahələrində də uğurla inkişaf etməkdədir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir və ölkələrimizin gələcək rifahına xidmət edir.Onu da qeyd etmək lazımdlr ki, Azərbaycanla Bolqarıstan arasında İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.Bir sözlə tam əminliklə söyləyə bilərik ki, Azərbaycan Bolqarıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox ugurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.Danılmaz faktdır ki, Azərbaycanın enerji təminatında mühüm rol oynaması, xarici siyasətimizin prioritet istiqamətlərdən birinə çevrilib. Bu da Avropanın Azərbaycanla əməkdaşlığa marağını artırmış olur.
Ölkəmizin enerji bazarında əhəmiyyətli rol oynaması, ondan xəbər verir ki, nəinki, təkcə Azərbaycan-Bolqarıstan münasibətləri eyni zamanda, Azərbaycanın digər Avropa ölkələri ilə də əlaqələri bundan sonra daha da genişlənəcək və inkişaf edəcək.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı