Gündəmİqtisadiyyat
Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Aktualinfo Media Qrup “Unikal”-a istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,9 dollar və ya 0,95% artaraq 95,48 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 94,58 ABŞ dolları təşkil edib.



