Azərbaycan neft-qaz sahəsində uğurla irəliləyir
Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin bazar münasibətlərinin müasir tələbləri səviyyəsinə uyğun olaraq inkişafı ölkə əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına və ölkəmizdə müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir və gələcəkdə də xidmət edəcəkdir.
Son illərin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qazçıxarma sənayesinin daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın dünya iqtisadı sisteminə inteqrasiyasının güclənməsi ilə yanaşı beynəlxalq imici də artmağa başlamışdır.Bütün bunlar onu deməyə əsas verir ki, bazar münasibətləri şəraitində Azərbaycanın iqtisadi və sosial həyatında yanacaq-enerji kompleksi sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi öz aktuallığı ilə diqqəti cəlb edir. Yanacaq-enerji kompleksinə daxil olan neft və qaz hasılatının artırılması, neftin nəqli və emalı prosesinin sürətləndirilməsi, elektrik və istilik enerjisi istehsalı və qaz təchizatinin yüksəldilməsinə xüsusi əhəmiyyət verilməsi daim ölkənin diqqət mərkəzində duran məsələlərdən biri olmalıdır.
Bazar münasibətləri şəraitində Azərbaycanın yeni neft strategiyası, özünün müstəqil bir ölkə kimi öz təbii sərvətlərinə sahib çıxması, milli mənafeləri, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyərək ölkəmizin suverenliyinin mühüm təminatçısına çevrilmişdir. Məlum olduğu kimi Azərbaycanın yeni neft strategiyasının əsasını 1994-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən imzalanan “Əsrin müqaviləsi” təşkil etmişdir.
Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin gələcək inkişafı ilə əlaqədar xarici ölkələrlə bağlanmış müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətciliyimizin və milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasının dərinləşməsinə, investisiya axınının genişlənməsinə, həmçinin də bütün bunlarla əlaqədar olaraq ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin daha da atmasına gətirib çıxaracaqdır.
Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qazçıxarma sənaye sahəsinin sürətli inkişafı təmin edilmişdi. Bununla əlaqədar olaraq yanacaq-energetika sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafında bugünkü gündə oynadığı əhəmiyyətli rolunu çox yüksək səviyyədə qiymətləndirən dövlətimiz qeyri-neft sektorunun da inkişafını genişləndirmək məsələsini qarşıya bir məqsəd kimi qoymuşdur. Bu baxımdan Azərbaycanın imkanlarının genişliyi hər şeydən perspektivdə ölkənin yüksək davamlı inkişafının əsasən regionların istehsal potensialından səmərəli istifadə istiqamətində davam etdirilməsinə əsaslı şərait yaradacaqdır. Bütün bu deyilənlərə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, neft-qazçıxarma sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi məqsədəuyğundur. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Azərbaycanın neft-qazçıxarma sənaye sahəsindəki geniş imkanları nəzərə alınmaqla ölkəmizdə dayanıqlı inkişaf dinamikasının təmin edilməsində regionların istehsal, maddi və resurs potensialından səmərəli istifadə edilməsi istiqamətində əlverişli şəraitin yaradılması və formalaşdırılmasına nail olmaq lazımdır.
Natiqə Əliyeva,
Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi