Azərbaycan müasir dünyada ən sürətlə inkişaf edən dövlətlərdən biridir
1994 cü ildən etibarən Xəzər neft-qaz sərgisi keçirilir.Bu Azərbaycana imkan verir ki,öz potensialını xarici investorlara təqdim etsin. Eyni zamanda 1994 cü ildə “Əsrin müqaviləsi” imzalandı.Bu müqavilə ölkəmizdə vəziyyəti kökündən dəyişdi.Azərbaycana sərmayələr cəlb edildi və firavan gələcəyin əsası qoyuldu.
1994 cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı. Və bundan bir necə ay sonra “Əsrin müqaviləsi”imzalandı. Qeyd etmək lazındır ki, Azərbaycan o zaman risqli bir məkan sayılırdı. Azərbaycan 3 il idi ki müstəqillik qazanmışdı.Bu zaman dünyada bir çox insanlar Azərbaycan haqqinda təsəvvürə malik deyildilər.Ölkəmiz sovet rejimindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.Ərazilərimizin işğalı,milyonlarla qaçqın axını,vətəndaş qarşıdurması kimi amillər sərmayəçiləri qorxudurdu.Eyni zamanda ölkəmizdə neft kəməri ,infrastruktur yox idi. İnvestorların cəlb olunması üçün böyük səylər lazım idi.ABŞ Prezidenti Co Bayden,Böyük Britaniyanın baş naziri Sunak tədbirə öz məktublarını ünvanlayıblar.Bunun özü tədbirin qlobal əhəmiyyətindən xəbər verir.ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki,Aərbaycan öz resurslarını inkişaf etdirə bilsin.Bunun sayəsində Azərbaycan 30 ildir ki.dünya ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir.Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.Enerji təhlükəsizliyi isə milli təhlükəsizliyinə bərabər sayılır.
Avropa İttifaqı ilə Azərbaycan ötən il iyulda enerji sahəsində strateji tərəfdaçlığa dair Anlaşma memorandumu imzalamışlar.Ölkəmiz eyni zamanda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvüdür.Cənub Qaz Dəhlizi tarixi nəaliyyətdir.3500 km lik Neft kəmərindən ibarət bir sistemdir.Bu enerji təhlükəsizliyində böyük rol oynayır.Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təhcizatçısı adlandırırlar.Gələcəkdə nəzərdə tutulub ki,2017 ci ilə qədər Avropa bazarına qaz təhcizatını iki dəfə artıraq.2027 ci ildə 20 milyard kub qaz ixrac edilməsi planlaşdırılıb.Strateji tərəfdaşlığımız BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layuhələr həyata kecirilir.
Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır.Nəticədə Bolqarıstana da qaz nəql ediləcək. Daha sonra Ruminiya,Macarıstan,Serbiyaya qaz nəql ediləcək Beləliklə Azərbaycanın qaz ixraci coğrafiyı genişlənəcək. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik.
Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var.Yalnız Xəzərdə 157 qiqavat həcmdə ehtiyat var.Quruda isə daha böyük potensialımız var. Eyni zamanda görüləsi işlərimiz də çoxdur. Belə ki,TANAP və TAP genişlənməlidir.Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlara da çıxışımız olmalıdır.Bu məsələlər əlaqəli şəkildə həyata keçirilməlidir.Cünki bu işlərə böyük sərmayə qoyulub.
Əliyev Elçin,
26 №li Tam orta məktəbin tarix müəllimi