
Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir.Bu yubiley təkcə bir say deyil,həm də xalqımızın mədəni və siyasi inkişafında mətbuatın oynadığı əvəzsiz rolu vurğulayan böyük bir hadisədir.1875-ci ildə nəşrə başlayan “Əkinçi” qəzeti ilə başlayan bu yol,həm maarifçilik,həm də milli şüurun formalaşması baxımından Azərbaycan tarixində dönüm nöqtəsi olmuşdur.150 illik yubiley təkcə keçmişə nəzər salmaq deyil,həm də medianın cəmiyyətdəki rolunu təzədən qiymətləndirmək,jurnalistikanın gələcəyinə doğru addımlar atmaq üçün mühüm hadisədir.Milli mətbuatınızın bu tarixi yolu Azərbaycanın müstəqilliyi,mədəniyyəti və inkişafı ilə birgə yaşamağa davam edəcək.Azərbaycan milli mətbuatımızın əsası 1875-ci ildə görkəmli alim və ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan “Əkinçi” qəzetidir.”Əkinçi” Azərbaycan dilində çıxan ilk qəzet olmağla yanaşı,xalqın maariflənməsi,milli oyanış və azadlıq ideyalarının yayılması baxımından önəmli rol oynadı.Bu qəzetin səhifələrində xalqın problemləri,sosial ədalət və milli identitet kimi mövzular işıqlandırılırdı.19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Azərbaycan mətbuatı sürətlə inkişaf etdi.Müxtəlif qəzet və jurnallar nəşr olundu,mətbuat milli mübarizənin aparılmasında,ictimai şüurun artırılmasında əsas vasitəyə çevrildi.Lakin sovet dövründə senzura və siyasi təzyiqlər mətbuatın inkişafına maneçilik törətdi.Buna baxmayaraq,Azərbaycan mətbuatı öz dilini,mədəniyyətini qoruyub saxlamağa çalışdı.Müstəqillik əldə edildikdən sonra Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoydu.Azad media prinsipləri əsasında fəaliyyət göstərən qəzet və televiziya kanalları,internet portalları yaranmağa başladı.Bu gün Azərbaycan mətbuatı ölkədə baş verən proseslər haqqında operativ və qərəzsiz məlumat vermək,milli maraqları qorumaq və cəmiyyətin maariflənməsinə xidmət etmək missiyasını uğurla yerinə yetirir.İnternet qəzetçiliyi və sosial media da bu sahədə mühüm rol oynayır.Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,milli mətbuat həm demokratik cəmiyyətin təməli,həm də milli kimliyimizin güzgüsüdür.150 illik yubiley milli mətbuatın keçdiyi şərəfli yola hörmətin ifadəsi olmaqla yanaşı,gələcək nəsillərə daha da inkişaf etmiş ,peşəkar və müstəqil media qurmaq üçün stimul yaradır.Əslində necə gözəl bir tarix:2025 ci il,iyulun 22-si…Azərbaycan milli mətbuatının yaranmasından düz 150 il ötür.Bu tarix təkcə bir qəzetin-“Əkinçinin” çap olunması ilə bağlı deyil.Bu gün Azərbaycan xalqının maarifə,azadlığa və milli kimliyə doğru atdığı ilk mədəni addımın ildönümüdür.150 il əvvəl Həsən bəy Zərdabi nəinki qəzet nəşr etdi,o,bir ideyanın-milli oyanışın,xalqın öz səsi olmasının təməlini qoydu.”Əkinçi” qəzeti sadəcə kağız üzərində çıxan bir nəşr deyildi.O,kəndli üçün,sadə insan üçün yazılırdı.Ağır senzura şəraitində çıxsa da,millət üçün danışmaq,düşündürmək və oyatmaq missiyasını daşıyırdı.Bu cür yanaşma,xalqla eyni dildə danışmaq,mətbuatın ilk uğur sirri oldu.Ona görə də qısa müddətdə olsa belə,“Əkinçi” böyük iz buraxdı.Zərdabi başa düşürdü ki,xalq maariflənmədən azad ola bilməz.Buna görə də mətbuatı maarifin aləti kimi qurdu.Artıq sonraki dövrlərdə Azərbaycan mətbuatı təkcə ideya daşıyıcısı yox,həm də milli mübarizənin bir hissəsinə çevrildi.“Kaspi”;Molla Nəsrəddin”; “İrşad” kimi qəzet və jurnallar artıq tənqidi fikir,ictimai ədalət və modernləşmə ideyalarını yaymağa başlamışdı.Mətbuat yazıları artıq küçələrdə müzakirə edilən,ailələrdə oxunan əsas mənbəyə çevrilmişdi.Lakin sovet dövründə mətbuat azadlığını itirdi.Mətbuat daha çox təbliğat aləti rolunu oynamağa məcbur edildi.Amma bu dövrdə belə bəzi jurnalistlər,redaktorlar,yazıçılar sözün gücünü qorumağa çalışdılar.Bu da göstərir ki,Azərbaycan mətbuatı heç vaxt tam susmayıb-o, sadəcə şəraitə uyğun danışmağı öyrənib.1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatda nəfəs aldı.Senzura aradan qalxdı,qəzetlər,televiziya kanalları,informasiya agentlikləri çoxaldı.İnsanlar hadisələri birbaşa mətbuatdan izləməyə başladılar.İnternetin inkişafı ilə yeni bir mərhələ başladı-onlayn jurnalistika dövrü.Artıq xəbər almaq üçün qəzet almağa ehtiyac yox idi.Saytlar,portallar,sosial şəbəkələr vasitəsilə cəmiyyət hər dəqiqə məlumatla təmasda olmağa başladı.Müasir dövrdə mətbuatın funksiyası təkcə xəbər çatdırmaqla bitmir.O,həm də cəmiyyətin güzgüsüdür.Prezident İlham Əliyevin dediyi kimi,mətbuat qərəzsiz, operativ və milli maraqlara əsaslanan fəaliyyət göstərməlidir.Xüsusilə Qarabağın işğaldan azad olunmasından sonra mətbuatın önəmli rolu bir daha ortaya çıxdı.2021-ci ildə ilk dəfə Milli Mətbuat Günü Şuşada qeyd olundu.Bu hadisə həm simvolik,həm də tarixi baxımdan əlamətdar idi:mətbuat öz doğma torpağına,azad ruhuna qovuşurdu.Bu gün artıq Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir.Jurnalistika fakültələrində gənc nəsil hazırlanır,media savadlılığı artır,beynəlxalq əməkdaşlıqlar genişlənir.Azərbaycan və Türkiyə arasında media sahəsində imzalanan əməkdaşlıq sazişləri mətbuatın regionda da gücləndiyini göstərir.150 illik bu yubiley-keçmişə ehtiram və gələcəyə ümidin vəhdətidir.Bu yubiley bizə göstərir ki,azad söz,düzgün informasiya və vicdanlı jurnalistika həmişə cəmiyyətin inkişafında əsas rol oynayıb və oynamağa davam edəcək.Azərbaycan milli mətbuatı artıq bir əsri yarım geridə qoyur.Bu yolun hər addımı tarixdir, hər cümləsi isə gələcəyə bir çağırışdır! Bəs yeni nəsil söz adamları:150 illik ənənəyə necə davam deyirik?—Bu gün biz,yəni jurnalistika ixtisasını seçmiş gənclər,150 illik bir ənənənin davamçıları olaraq məsuliyyətini daşıyırıq.Zaman dəyişir,texnologiyalar yenilənir,amma sözün və jurnalistin cəmiyyətdəki rolu dəyişmir.Sadəcə bu rolu necə və hansı dillə təqdim etdiyimiz dəyişir.Yeni nəsil jurnalistlər artıq təkcə xəbəri ötürmək funksiyası daşımır.Onlar həm də cəmiyyətin əhvalını hiss etməli ,sosial ədalətsizliyi görməli ,insanların dərdinə,sevincinə ortaq olmalıdır.Bu dövrdə dürüst olmaq ,informasiyanı düzgün təqdim etmək ən böyük peşəkarlıq əlamətidir.Çünki informasiyanın çox,amma doğrunun az olduğu bir zamanda məsuliyyətli söz adamı olmaq asan deyil.Nəticə olaraq,milli mətbuatın gələcəyi bizim əlimizdədir.Bizim yazacağımız cümlələr,çəkəcəyimiz süjetlər,verdiyimiz suallar bu xalqın gələcək yaddaşında yer alacaq.Hər sözümüz bir iz qoyacaq.Bu iz—150 illik mətbuat ənənəsinin yeni nəfəsi olacaq və bu nəfəs inanıram ki, vicdanlı,peşəkar və vətənpərvər olacaq!
Bakı Slavyan Universiteti Sosial Elmlər və Regionşünaslıq Fakültəsi Jurnalistika ixtisası, 3-cü kurs tələbəsi
Muradova Hürü