Analitika

Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İllərdir ki, davam edən bu münasibətlər hər iki ölkə üçün müsbət cəhətlər formalaşdırmışdır.

Aprelin 24-də  Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub.  Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar. Dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verilib.Bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir.  Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Azərbaycan regionun  lider dövləti kimi artıq beynəlxalq layihələrin də əsas aparıcı qüvvəsi kimi çıxış edir. Bu baxımdan Qırğızıstanla əlaqələr həm də ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mövqeyi və qarşıya qoyduğu hədəflərlə birbaşa bağlıdır. Azərbaycan tarixi köklərdən irəli gələn əlaqələr üzərində Cənubi Qafqazla məhdudlaşmayaraq bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button