Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı transit ölkəsidir
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətimizin beynəlxalq səviyyədə nüfuzunu artırıb. O cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevinin Mərkəzi Asiya, həmçinin regionun türk dövlətlərinə mütəmadi səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı həm Azərbaycan, həm də dövlətimizin başçısı üçün bir ilkdir və tarixi hadisədir. Bu dəvət Prezident İlham Əliyevin sözünə və imzasına inanılmasının, ölkəmizin güvənilən və etibarlı tərəfdaş olmasının əyani sübutdur. Dövlət başçısı İlham Əliyev Tacikistanda keçirilən 5-ci Məşvərət görüşünün iclasında çıxışı zamanı vurğulayıb ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Dövlət başçısı iclasda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşları və əlverişli nəqliyyat-tranzit imkanları barədə açıq şəkildə bəyanatlar verib. Qeyd edək ki, 1993-cü ildən sonra Azərbaycan Respublikasının tarixinə baxsaq görərik ki, Azərbaycan, Türk dünyası, həmçinin dünya dövlətləri arasında nüfuza malikdir və güclü xarici siyasət yeritmişdir, bu xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davat etdirilir. Eləcə də bu siyasət beynəlxalq münasibətlərdə də özünü göstərir. Mərkəzi Asiya dövlətləri ilə uğurlu xarici siyasət yeritməsi İlham Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir. Azərbaycan Türk dünyası üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi