Azərbaycan MDB münasibətlərinə böyük əhəmiyyət verir
Prezidenti İlham Əliyevin oktyabr ayının 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü keçirildi. Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət vermişdir. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur.
Cənab Prezident görüş zamanı qeyd etdi ki, ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan yaradır. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir. Azərbaycanın artıq daxili təhdidləri yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.
Lokal xarakterli antiterror tədbiri cəmi bir gün ərzində həyata keçirildi və nəticədə Azərbaycan öz suverenliyini tam bərpa etdi, qanunsuz erməni silahlı birləşmələrini öz mövqelərindən çıxartdı və bununla da Azərbaycanın suverenliyi bərpa olundu. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Dövlətimizin başçısı görüşdə mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini çatdırdı.
Eyni zamanda ölkə lideri çıxışında Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmadığını vurğuladı. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.