AnalitikaGündəm

Azərbaycan-İtaliya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığını genişləndirərək müstəqil dövlət kimi beynəlxalq təşkılatlarla, dövlətlərlə qarşılıqlı etimada əsalanan münasibətlər qurmuşdur. Müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər ölkələr arasında siyasi-iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə uğurlarin əldə olunmasına səbəb olub.

Dünya ölkələri sırasında İtaliya ilə Azərbaycan arasında olan münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayır. 2005-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və yeni mərhələlərin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair sənədlər imzalanmışdır. Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu günlərdə İtaliyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər vəd edir. Dövlətlərarası etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəriciləindən olan bu səfər münasibətlətin təməlini daha da möhkəmləndirəcəkdir. Cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada Prezident İlham Əliyev çıxışı zamanı olduqca mühüm məsələlərə toxunmuşdur. “Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”, – deyən Prezident İlham Əliyev bildirib ki, bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda daha da güclənir. Dövlət başcımızın bildirdiyi kimi, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrarası ticarət dövriyyəsinin 16 milyard ABŞ dollarına bərabər olması bunun göstəricisidir. Əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. “Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmin olan Cənub Qaz Dəhlizi cox əhəmiyyətli layihədir. Bu, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. “Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”, – deyən Prezident bildirib ki, Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Müasir dövrdə 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırması da təsadüfi deyil və realliqlar bu fikri söyləməyə əsas verir.

Bıldiyimiz kimi, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.

Azərbaycan və İtaliya əməkdaşlığının şaxələndirilməsinin əsas göstəricilərindən biri də Azərbaycanda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetidir. Çıxışı zamanı İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlətimizin başçısı bildirib ki, orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar: “Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.

Bakıda yerləşən İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalanıb.

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə münasibətlər mükəmməl hüquqi bazaya malikdir və ikitərəfli əməkdaşlıq göründüyü kimi, çoxşaxəlidir.

Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Dövlət başcımızın bu səfəri əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcıdir və yeni perspektivlər vəd edir.

Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button