AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–İtaliya Münasibətlərində Yeni Mərhələ: Strateji Tərəfdaşlıq Güclənir

Giorgia Meloninin Azərbaycana rəsmi səfəri çərçivəsində İlham Əliyev ilə keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Görüş zamanı Azərbaycan–İtaliya əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivləri geniş şəkildə müzakirə olunub.

Dövlət başçısı İlham Əliyev İtaliyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayaraq, xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. SOCAR ilə İtaliya şirkətləri arasında qurulmuş əlaqələrin uğurla davam etdiyi bildirilib. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və bu sahədə İtaliya ilə strateji tərəfdaşlığın əhəmiyyəti xüsusi qeyd olunub.

Giorgia Meloni isə öz növbəsində Azərbaycanın regionda artan rolunu yüksək qiymətləndirərək, ölkələrimiz arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətinin artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı təkcə enerji sahəsi deyil, eyni zamanda qeyri-neft sektoru, ticarət, nəqliyyat, logistika, kənd təsərrüfatı və turizm kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib. Bundan əlavə, tərəflər regional təhlükəsizlik, sülh prosesi və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu görüş Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir. Sosial şəbəkələrdə bu cür mühüm görüşlərin işıqlandırılması ölkəmizin beynəlxalq əlaqələrinin gücləndiyini göstərmək baxımından olduqca vacibdir.

Səbinə Həsənova,
YAP-ın fəalı 

Oxşar Xəbərlər

Back to top button