Azərbaycan ilə Serbiya arasında elektrik enerjisinin ixracı və təbii qaz sahəsində perspektiv imkanlar müzakirə olunub
Azərbaycan ilə Serbiya arasında elektrik enerjisinin ixracı və təbii qaz sahəsində perspektiv imkanlar müzakirə olunub.
İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya səfərinin, iki ölkə arasında əməkdaşlığın daha da yüksəldilməsinə töhfə verəcək birgə bəyanatın və digər mühüm sənədlərin imzalanmasının Azərbaycan və Serbiya əlaqələrinin sürətli inkişafında önəmli rolu vurğulanıb.
Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb, elektrik enerjisinin ixracı və təbii qaz sahələrində perspektiv imkanlar nəzərdən keçirilib.