AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Qazaxıstan arasındakı nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlıq tərəflər üçün faydalı və səmərəlidir

Asiya ilə Avropa arasındakı ticarət yolları üzərində yerləşən hər iki ölkənin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşməsi qarşılıqlı münasibətlərin formalaşmasına və yüksələn xətlə inkişafına böyük töhfə verir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin eyni ali məktəbdə təhsil almaları onların mütərəqqi dünya görüşünün, siyasi prosesləri düzgün və praqmatik qiymətləndirmək qabiliyyətlərinin bənzər olduğunu deməyə əsas verir. Bu gün Azərbaycan ilə Qazaxıstanın tarixin inkişaf prosesində yaranan fürsətdən istifadə edərək Orta Dəhliz ətrafında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirməyə çalışması hər iki dövlət başçısının praqmatizmindən xəbər verir. Son 30 ildə neft hasilatı 3,3 dəfə, qaz hasilatı isə 6,4 dəfə artıb. Müstəqillik dövrü ərzində ümumi daxili məhsul (ÜDM) 17 dəfə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 13 dəfə artıb. Təsadüfi deyil ki, Çin və Rusiya kimi iki super güclə qonşu olmasına baxmayaraq onun ixracının 50 faizdən çoxu Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın payına düşür. Dünyanın 120-dən çox ölkəsindən bu günə kimi 365 milyard dollardan çox birbaşa investisiya cəlb edilib. Qazaxıstanın iqtisadi potensialı onun ixrac imkanlarını artırır, dünya bazarlarına çıxış ehtiyacı yaradır. Azərbaycanın isə inkişaf etmiş nəqliyyat və tranzit infrastrukturu qaşılıqlı faydalı əməkdaşlıq əlaqələrini şərtləndirib və zərurətə çevirib. Bu əməkdaşlığı reallığa çevirən Orta Dəhliz yalnız Çindən Avropaya yükdaşımaq üçün deyil, eyni zamanda coğrafi mövqeyi ilə dəhliz boyu yerləşən dövlətlərin, o cümlədən Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələri, ticarət dövriyyəsini, idxal-ixrac əməliyyatlarını artırır. Qazaxıstanın dünya bazarına çıxışında Bakı Beynəlxalq Dəniz Limanı aparıcı rola malikdir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın Aktau limanı ilə Bakı Beynəlxalq Dəniz Limanı arasında yükdaşımanın həcmi 1 milyon 625 min tona çatıb. Azərbaycana isə növbəti 5 il ərzində yaradılacaq azı 7 giqavat yaşıl enerji güclərinin 70 faizindən çoxunu ixraca yönəldəcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir. Avropaya ilkin mərhələdə 4 giqavat yaşıl enerji tədarük edəcək “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan 1 giqavat bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizlərinin icrası istiqamətdə də zəruri addımlar atılır. Layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpaolunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək. Azərbaycan ilə Qazaxıstan arasındakı nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlıq tərəflər üçün faydalı və səmərəlidir. Bu əlaqələr təkcə iki dövlət və region üçün deyil, qlobal səviyyədə əlverişli imkanlar yaradır. Həmçinin Avropa qitəsinin enerji təhlükəsizliyinin və iqtisadi inkişafının təminatçısına çevrilir ki, bu da hər iki dövlətə siyasi zəmanət qazandırır. Bu zəmanət isə Asiya və Avropadan siyasi dəstək almaqdan ibarətdir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button