Azərbaycan və Pakistan arasında möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. İki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq siyasi, iqtisadi-ticari, mədəni və hərbi əlaqələrin daha da inkişafına səbəb olub. Bu sahədə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri də mühüm əhəmiyyət kəsb edir. Bu mənada iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri mühüm bir addım oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin dost, qardaş ölkə olan Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə dövlət başçımızın həm təkbətək, həm də geniş tərkibdə görüşü keçirildi. Dövlət liderlərinin mətbuata bəyanatlarında əsas xətt dostluq, qardaşlıq üzərində qurulmuşdu. Prezident İlham Əliyevə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram bunun bariz nümunəsidir. Ölkəmizin başçısı da öz növbəsində dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu, Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz olduğunu bildirib.
Hal-hazırda Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.
Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdən biridir və Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi və Azərbaycana dəstək nümayiş etdirdi və yanımızda olduqlarını sərgilədilər. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Belə ki, Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və s. möhkəm dostluğun əsl nümunəsidir. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi