Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib
Sentyabrın 19-da səhər saatlarında dördü polis əməkdaşı, ikisi yol təsərrüfatı işçisi olmaqla mina partlayışında 6 nəfərin həlak olmasından sonra Azərbaycan Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında “antiterror əməliyyatı”na başladığını, 20-si günorta saatlarında separatçı qüvvələrin qarşı tərəfin silahı təhvil verməyə razılaşmasından sonra əməliyyatı dayandırdığını elan etmişdi. Bununla da qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma” prosesi başlayıb. Və bu Azərbaycanın Qarabağdakı antiterror fəaliyyəti Ermənistan və ya onun baş naziri Paşinyanla deyil, bölgədəki erməni dəstələri ilə bağlıdır.
İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, indiyədək 300-dən çox Azərbaycan vətəndaşı minalarla bağlı insidentlərin qurbanı olub. “2021-ci ildə Ermənistanda istehsal olunan minaların İkinci Qarabağ müharibəsindən sonra qeyri-qanuni yollarla Qarabağ bölgəsinə gətirildiyini” açıq-aşkar Azərbaycana qarşı terror aktları törətmək niyyəti ilə qeyd edib. Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
İlham Əliyev müraciətində dedi: “Qarabağdakı erməni əhalisi indi rahat nəfəs ala bilər. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqına qarşı heç bir düşmənçiliyimiz yoxdur. Biz cinayətkar rejimin başında duranları məsuliyyətə cəlb etdik”. O, dinc və hörmətli birgəyaşayış qurmaq niyyətini vurğulayaraq, “xüsusilə düşmən rejimin təslim olmasından sonra bölgədə yeni vəziyyətin qaçılmaz olduğunu” deyib. Cənab Əliyev Qarabağda yaşayan erməni əhali üçün müsbət dəyişikliyin olacağına əminliyini ifadə edərək, erməni xalqı ilə heç bir düşmənçiliyin olmadığını vurğulayıb. O qeyd edib ki, Ermənistan rejimi tərəfindən törədilən müxtəlif ədalətsizliklərə və cinayətlərə baxmayaraq, Azərbaycan heç vaxt bütövlükdə erməni xalqını günahlandırmayıb, əksinə rejim rəhbərlərini öz əməllərinə görə məsuliyyətə cəlb edib.
Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu bir neçə dəfə dediyini xatırladan İlham Əliyev hesab edir ki, bu gün “Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans” yaradılıb. “O şansı əldən verməsinlər”! “…biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”, – Azərbaycan Prezidenti çıxışında vurğulayıb. Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək – təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. O, Qarabağda aparılan yenidənqurma işlərindən, bütün sakinlər, o cümlədən ermənilər üçün əlverişli mühitin yaradılmasından da söz açıb.
İlham Əliyev çıxışında Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını xatırladıb. “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”, – o deyib. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq.
Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!
Musayeva Dilarə,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin,
Tarix müəllimi