Analitika

Azərbaycan güclü dövlətdir, onun güclü ordusu vardır!

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətə düçar oldu. Azərbaycan silahlı qüvvələri 30 illik həsrətə son qoyaraq, Ali baş komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə torpaqlarımızı erməni vandallarından azad etdi. Bu qüdrətli qələbə Azərbaycanın siyasi tarixində son 200 ildə ən böyük starteji nailiyyəti hesab olunur. Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu, bu sahədə islahatlar bu gün Ali baş komandan İlham Əliyev tərəfindən uğurla davam edir, bu gün məhz həmin siyasi kursun, yolun nəticəsidir ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Bu sahəyə ciddi tələbat və bu tələbata uyğun ciddi hazırlıq işləri həyata keçirilir. Bu sahədə artıq bir neçə hərbi hissə fəaliyyət göstərir, hətta əminliklə qeyd etmək lazımdır ki, yaxın illərdə yeni hərbi hissələrin yaradılması nəzərədə tutulmuşdur.

Ümumilikdə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əsas qalibiyyət məhz ikinci Qarabağ müharibəsində bizə miras qalan güclü inam, ruh yüksəkliyi, vətən sevgisi, vətənə inam və onu canın bahasına qorumaq ideyası bu gün bizim qələbəmizdə əsas amilə çevrilmişdir. İkinci Qarabağ müharibəsində xüsusi təyinatlıların məhz rolu danılmazıdır. Bu bir həqiqətdir ki, vətən müharibəsi Azərbaycan dövlətinin zəfəri ilə yekunlaşmışdır. BU tarixi qələbə, Azərbaycan Respublikasının qüdrətinin nəticəsidir.

Ümumilikdə dünyada geosiyasi vəziyyət dəyişir, Ermənistan tərəfi yenidən öz revanşist üzünü göstərməyə cəhd edir. Biz daha güclü olmalıyıq, yeri gəldikdə ermənilərin başını “Dəmir Yumruq” la yenidən əzməliyik. Ordumuz günü gündən güclənir, müvafiq xərclər çəkilir, ordu sıralarına xüsusi maraq artıb, ordu mənsublarımız müvafiq təlimlərə cəlb olunur, xüsusi məşqlər keçirilir. Müharibə bitsə də, müqavilələr bağlansada bir dövlətin qüdrəti və ayaqda qalması üçün mütləq şəkildə ordu gücünü artırmalı, və yeniliyə imza atmalıdır. Azərbaycan Respublikası yeni silahlar, uzaq mənzilli raketlər alır. Bu silahlar qarşı tərəfi yəni ölkəmizə göz dikən istənilən qüvvəni darmadağın etməyə qadirdir.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir.

Böyük qürurla qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası artıq öz müqəddəratını özü təyin etmək gücünə sahibdir, heç bir qüvvədən, hər hansı bir dövlətdən aslıd deyildir. Müstəqil, demokratik bir ölkədir, güclü iqtisadiyyatı, zəngin nefti, qüdrətli ordusu, müdrik rəhbəri vardır, belə bir dövlət güclü və qüdrətli olmalıdır. Bu gün Azərbaycan Respublikası müstəqil siyasət yürüdür.

Məhz qeyd etmək lazımdır ki, tarixi qələbəmiz ermənilərə havadarlıq edən, bizlərə isə demokratiya, insan haqlarından danışan dırnaq arası əzəmətli Minsk qrupu yoxdur, tarixinin qaranlıq səhifələrinə, arxivinə dəfn olunmuşdur. Çünki biz 30 illik nağıllardan və hekayələrdən bezdik, “Dəmir Yumruq” əfsanəsi ilə həm ermənilərin, həm də onların havadarlarını tarixin qaranlıq səhifəsinə qərq etdi. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir.

Bu gün Azərbaycan bölgədə söz sahibidirBu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir.Azərbaycan düşməndən qisasını döyüş meydanında alıb. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Biz sülh və ədalət tərəfdarıyıq, ancaq bir qarış torpaqlarımıza göz dikən istənilən mənfur qonşuya cavab verməyə qüdrətimiz və gücümüz çatır. Ən əsası isə məhz Azərbaycanı qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz ədalət, sülh tərəfdarıyıq, heç kim bizim daxili işimizə müdaxilə etməsin, heç bir dövlət və qüvvə bizim düşmənlərimizə havadarlıq etməsin, edilən yardımlar, verilən sözlər kağız üzərində qalmasın.

Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 №li məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button