Analitika

Azərbaycan–Çin münasibətləri yeni mərhələyə qədəm qoyur

Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edərək güclənməkdədir. Azərbaycan və Çin Xalq Respublikası arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulmuşdur. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir və onun ölkəmizə və Xəzər hövzəsinə marağı təbii qarşılanır. Son illər ərzində sürətlə inkişaf edən Çin üçün xammal və ilk növbədə, enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Dünyanın sürətlə böyüyən ölkəsi ilə münasibətlərin inkişaf etdirilməsi, bundan başqa, beynəlxalq təşkilatlarda nüfuzu getdikcə artan Çinlə əlaqələrin gücləndirilməsi rəsmi Bakının da xüsusi əhəmiyyət verdiyi məsələlərdən biridir. Bir sözlə, hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur. Buna görə də, hər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin intensivliyi tərəflərin milli maraqlarına uyğun inkişaf edir.

Qeyd edək ki, birgə səylər sayəsində Azərbaycan-Çin münasibətlərinin siyasi, iqtisadı və mədəni əsaslarının daha da möhkəmləndiyini görürük. Azərbaycan və Çin ənənəvi dostluq münasibətlərini möhkəmləndirməyə, daha müxtəlif sahələrdə mübadilələri genişləndirməyə, beynəlxalq məsələlər üzrə əməkdaşlığı fəallaşdırmağa və bütün dünyada sülh və sabitliyin təmin olunmasına səy göstərməyə hazırdırlar.

Eyni zamanda Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olub. Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara dəniz vasitəsilə Avropaya qədər uzanmışdı Azərbaycanın “Bir kəmər, bir yol” forumunda iştirak etməyə dəvət olunmasını yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu Azərbaycana xüsusi hörmət, özünə münasibətdə dostluq əlaməti hesab etdiyini açıqlamışdır: “Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik”, – deyən ölkə başçısı əlavə etmişdir ki, “Bir kəmər, bir yol” forumunun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.

ÇXR Sədri Si Cinpin  çıxışında, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətin yürüdüldüyü, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını,iqtisadi sahədə inkişafa nail olunduğunu bildirmiş və Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini qeyd etmişdir.

Tünzalə Əliyeva
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button