
Azərbaycan ötən illər ərzində ölkəmizin ən mühüm nailiyyətlərindən birini – ərazi bütövlüğünün və suverenliyinin tam bərpasını həyata keçirmişdir. Bu nailiyyət beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlukəsizlik Şurasının qətnamələrinə uyğun olaraq gerçəkləşdirilmişdir.
Uzun illər boyu Azərbaycan xalqının milli ideyası kimi formalaşan bu məqsəd dərin siyasi iradə və əzm sayəsində reallığa çevrilmişdir. Lakin təəssüf ki, beynəlxalq hüququn normaları şiqillətməmiş, beynəlxalq təşkilatlar lazımi yardımı göstərə bilməmişdir. Bir çox beynəlxalq qurumların qəbul etdiyi qətnamələr sadəcə kağız üzərində qalaraq, real fəaliyyətlə dəstəklənməmişdir. Azərbaycan bu problemi öz gücü ilə həll etmək məcburiyyətində qalmış və ədaləti bərpa etməyi bacarmışdır.
Bu hadisə beynəlxalq arenada hörmət edən öhdəliklərin əhəmiyyətini bir daha göstərir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən dəyərlərinə sadiq qalaraq, güclü və özünü təmin edən iqtisadiyyat qurmağa nail olmuşdur. Hazırda ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətə xarici borcun səviyyəsi çox aşağı olub, cəmi 6,9 faiz təşkıl edir.
Bu iqtisadi gücə əsaslanaraq, Azərbaycan regionda əhəmiyyətli infrastruktur və bağlantı layihələrini həyata keçirmişdir. Xəzər və Cənubi Qafqaz regionunda öz möhkəm və etibarlı mövqeyini tutan ölkəmiz, eyni zamanda, milli maraqlarını, mütəqilliyini və həyat tərzini qəti şəkildə qorumuş, bununla da çoxsaylı uğurlar qazanmağı bacarmışdır.
Bu gün Azərbaycan, qısa bir tarix ərzində, dünya xəritəsində öz möhkəm yerini tapan və milli maraqlarını qorumagı bacaran bir dövlət kimi tanınır. Sabit və birlik dolu cəmiyyət qurmaqla, beynəlxalq aləmdə mühüm bir nümunəyə çevrilmişdir.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri