Analitika

Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdı

Bu gün Prezident cənab İlham Əliyevin apardığı uğurlu və düşünülmüş xarici siyasət nəticəsində Azərbaycanla dostluq, tərəfdaşlıq münasibətləri quran dövlətlərin sayı gündən günə artmaqdadır. Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan qaz ixracatını sürətlə artırır. Ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu qeyd olunan artımın bariz göstəricisidir.Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın təbii qazına tələbat Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir.

Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz tərəfindən böyük enerji layihələri uğurla icra olunur. Həmçinin ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır.Bu gün üzləşdiyi böhranlı vəziyyət Avropanı alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Energetika sahəsində əməkdaşlığın aktuallığının durmadan artığı xüsusilə vurğulanmış və bildirilmişdir ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur.

Artıq sirr deyil ki, Avropa İttifaqı, ümumiyyətlə Avropa məkanı, Rusiya qazından asılılığı azaltmaq istəyir. 2005-2006-cı illərdə olan hadisələrdən sonra Ukrayna və Rusiya razılıq əldə edə bilmədikləri üçün Rusiya qazının Avropa İttifaqına çıxışını dayandırmışdı. Bununla da bəzi Avropa ölkələri, misal üçün, Slovakiya, Macarıstan, Bolqarıstan Rusiya qazını ala bilmirdilər. Bir neçə həftə Avropa evlərində qaz qıtlığı hiss olunmuşdu. Bunun üçün o zamandan başlayaraq Avropa İttifaqında yeni mənbələrin, yeni marşrutların əldə olunması prioritet kimi qoyulmuşdu və Cənub Qaz Dəhlizi layihəsi ən önəmli layihələrdən birinə çevrilmişdi.Xəzər dənizindən gələn qaz Avropa ölkələrinin Rusiyadan asılılığını azaldır, yeni alternativ mənbə əldə edir və Avropa İttifaqına Xəzər dənizinin resurslarına pəncərə açır.Son dövrlər yatırımların artdığı alternativ enerji mənbələri hesabına elektrik istehsalı da, dolayısı ilə, ölkənin təbii qaz ixracını artıracaq. Hökumət elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payını artıraraq hazırda elektrik enerjisi istehsalına sərf edilən təbii qaz həcmini də ixraca yönləndirmək imkanı qazanacaq. Digər tərəfdən, bu prosesə müəyyən qədər Azərbaycan, Türkmənistan və İran arasında imzalanan svop anlaşması, yəni, qaz mübadiləsi də təsir göstərə bilər. Bu anlaşma nəticəsində Azərbaycanın əldə etdiyi təbii qaz həcmi elə də çox deyil. Ancaq ekspertlərin fikrincə, Avropaya daha böyük həcmdə təbii qaz idxalına imkan yaransa, bu anlaşma vasitəsilə daha çox qaz çıxarmaq imkanı var.

Natiqə Əliyeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button