AnalitikaGündəm

Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir

26 avqust – Laçın Şəhəri Günü, Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin və qazanılmış Zəfərin əbədiləşdirilməsinin təcəssümüdür. 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən, bu tarix işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri çərçivəsində təsis olunub. Prezident İlham Əliyev xalqa belə bildirdi: “Bu gün azərbaycanlılar Laçın şəhərinə qayıtdıq…”

Laçın rayonunun azad olunması 44 günlük İkinci Qarabağ müharibəsinin ən mühüm uğurlarından biridir. 2020-ci ilin dekabrında rayonu Azərbaycana qaytarılması tarixi ədalətin bərpasını ifadə etdi. 2022-ci ilin avqustunda şəhər və kəndlərin tam nəzarəti təmin edildi, 2023-cü ildə sərhəd-keçid məntəqəsi istifadəyə verildi.

Rayonda bərpa-quruculuq işləri sürətlə gedir. Kəlbəcər-Laçın avtomobil yolu tikilir, Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib və yeni elektrik stansiyaları fəaliyyətə başlayıb. “Böyük Qayıdış” proqramı çərçivəsində ailələr doğma torpaqlarına dönərək həyatını yenidən qurur. Laçın artıq yalnız azad edilmiş şəhər deyil, həm də regionun iqtisadi və turizm potensialını artıran müasir məkan kimi ön plana çıxır.

Ələkbər Novruzov
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button