
2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramı həyata keçirilməyə başlandı. Bu proqram, dağıdılmış infrastrukturun bərpası və sosial həyatın normallaşdırılması məqsədini daşıyırdı.
Yenidənqurma işləri təkcə binaların və yolların bərpası ilə məhdudlaşmadı. Elektrik, su və qaz təminatı, həmçinin telekommunikasiya xətləri modern texnologiyalar əsasında yenidən quruldu. Məktəblər, xəstəxanalar və digər ictimai obyektlərin tikintisi isə regionun həyat standartlarını yüksəltməyi hədəfləyirdi.
Proqramın əsas prioritetlərindən biri də insanların doğma torpaqlara geri dönməsi idi. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə yerləşdirilməsi və sosial dəstək alması üçün xüsusi tədbirlər görüldü. Bu, həm də bölgədə davamlı sabitliyin təmin edilməsinə xidmət etdi.
Azərbaycanın bu səyləri yalnız regionda deyil, beynəlxalq aləmdə də müsbət qiymətləndirildi. Yenidənqurma proqramı həm Qələbənin nəticələrini möhkəmləndirdi, həm də gələcək inkişafın təməlini qoydu.
YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva