Siyasət

Azad edilmiş ərazilərimizdə 15 min hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib 

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində bu il ərzində 15620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29 min 113 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Əsas səylərin azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mina təmizlənmə işlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış “MEMATT” (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb olunub.

Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Oxşar Xəbərlər

Back to top button