DünyaGündəm

Avropa İttifaqı üzvlüyünə qəbulun ikipilləli modeli nəzərdən keçirilir

Avropa Komissiyası Avropa İttifaqına üzvlük sistemində islahatların aparılması ilə bağlı ilkin təklifləri müzakirə edir.

Globalnews.az “Financial Times” qəzetinin mənbələrinə istinadən  yaydığı məlumata görə, plan Ukraynanın Avropa İttifaqına daxil olmasını sürətləndirə biləcək ikipilləli modelin tətbiqini nəzərdə tutur. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu təşəbbüs Avropa İttifaqının bəzi hökumətləri arasında narahatlıq doğurub və onlar bütün blok üçün genişmiqyaslı nəticələrə səbəb ola biləcək “asanlaşdırılmış genişlənmə” modelindən narahatdırlar.

Yeni qaydalara əsasən, Ukrayna Avropa İttifaqına daxil ola bilsə də, əvvəlcə məhdud qərar qəbuletmə səlahiyyətlərinə malik olacaq. Kiyevə sammitlərdə və nazirlərin görüşlərində səsvermə hüququ verilməyəcək. Eyni zamanda, Ukrayna rəsmi üzvlükdən sonra müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Avropa İttifaqının vahid bazarına, kənd təsərrüfatı subsidiyalarına və inkişaf fondlarına mərhələli giriş əldə edə biləcək.

Nəşr qeyd edir ki, Avropa İttifaqının bəzi ölkələri birliyin sabitliyinin pozulmasına və digər namizəd ölkələr üçün mənfi nəticələrdən ehtiyat edərək genişlənmə qaydalarının dəyişdirilməsinə və ikipilləli modelin yaradılmasına qarşı çıxırlar.

Oxşar Xəbərlər

Back to top button