DünyaGündəm

“Atəşkəs qüvvədə qalır”

İsrail İrana hücum etməyə hazırlaşmır.

Globalnews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu gün səhər İsrail və İran arasında elan edilən atəşkəs qüvvədə qalır:

“İsrail İrana hücum etməyəcək. Bütün təyyarələr geri qayıdacaq və evə yollanacaq. Heç kim zərər görməyəcək, atəşkəs qüvvədə qalır”.

Xatırladaq ki, bu gün səhər saatlarında İran və İsrail arasında atəşkəs qüvvəyə minmişdi. Lakin daha sonra İsrailin müdafiə naziri İsrael Katz İranın atəşkəs rejimini pozduğunu açıqlayıb və bildirib ki, İsrail ordusuna Tehrana zərbələr endirməklə bağlı göstəriş verib.

Oxşar Xəbərlər

Back to top button