Siyasət

“Atəşi dayandırmışıq” – Rusiya MN

Rusiya Müdafiə Nazirliyi ölkə Prezidenti Vladimir Putinin tapşırığına əsasən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqinə başlayıb.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.

Məlumata görə, Rusiya tərəfi atəşkəs rejiminə əməl etsə də, Ukrayna ordusu Rusiya qüvvələrinə atəş açmağa davam edir.

Xatırladaq ki, Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb. Atəşkəs birtərəfli qaydada elan edilib. Ukrayna tərəfi isə Rusiyanın atəşkəslə bağlı təklifini qəbul etməyib.

Oxşar Xəbərlər

Back to top button