Gündəm
Arayikin qızları Xankəndidən qaçdı
Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib.
Globalnews.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, qızlardan biri ailə qurduqdan sonra, digəri isə təhsil bəhanəsi ilə İrəvana köçüb. Hətta “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan Arutyunyanın kürəkəni də işdən çıxarılıb və Qarabağı tərk edib.
Qarabağı tərk edən ermənilər haqda tənqidi və istehzalı danışan Arayikin qızlarının bunu etməsi cəmiyyətdə suallar yaradıb.