Anlaşma Memorandumunun mühüm əhəmiyyəti

2023-cü il aprelin 25-də Sofiyada “Bolqartransqaz“ (Bolqarıstan), ”Transqaz” (Rumıniya), FGSZ (Macarıstan), “Evstream ” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen İlristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil – Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel İlirman imzalayıblar.
Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanin təkmilləsdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu yeni lahiyə Cənub Qaz Dəhlizi sayəsində 2 ildən artıq müddət ərzində tərəftaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən Azərbaycanda olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazalara çıxışını təmin edəcək. Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini bir mənali olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. 2022-ci ilin iyul ayında Azərbaycan Avropa komissiyası arasında imzalanmış memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını 2 dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kub metr qaz çatdırıldı, bu il isə 12 milyard kub metr hədəflənib.
Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtalyaya ixrac edilir. Bu ildən başlayarağ qaz Ruminyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, ilin sonundan etibarən Macarıstana və Slovakiaya qaz təchizatına başlanması planlaşdırılır. Yerli qaz paylayıcı sistemi qurulması məqsədilə Albaniya ilə danışığlar prosesi gedir. Çünki cənub qaz dəhlizi Albaniyadan keçir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları dəvam etdirir. 3 əsas enerji infrasturukturu lahiyəsini uğurlu tamamlanmasından sonra, yəni 2 neft boru kəməri biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 km olan Cənub qaz dəhlizindən sonra, hazırda Azərbaycanın bərpa olunan enerjini istehsalı və ixracı mənbəyini çevrilməsi üzərində çalışmalar aparılır. Azərbaycan 25 qiqavatdan artıq bərpa olunan enerjinin istehsalı məqsədilə bərpa olunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və Anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb.
Hüseynzade Esmira,
Xəzər rayonu, 326 nömrəli tam orta məktəbin müəllimi