AnalitikaGündəmSiyasət

Ana dili ən böyük milli dəyərimizdir

Ana dilimiz milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyükmilli dəyərimizdir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqınözü də yoxdur. Böyük mütəfəkkirlərdən biri deyirdi ki, bir xalqıyox etmək istəyirsənsə, birinci onun dilini məhv et. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlınınvətəndaşlıq borcudur. SSRİ Konstitusiyasının qəbulundan sonramilli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bu şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarəttələb edirdi. O vaxt Azərbaycan Respublikasının rəhbəri olanUlu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çoxcəsarətlə, qətiyyətlə bildirirdi. 1978-ci il aprelin 2-də IX çağırışAzərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet SosialistRespublikası Konstitusiyasının layihəsi və onun ümumxalqmüzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasındaməruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət diliAzərbaycan dilidir.” Ulu öndər Heydər Əliyevin bu təşəbbüsü1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ümummilli Lider HeydərƏliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biriAzərbaycan dilinə dövlət dili statusunun verilməsidir. Genişmüzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yoluilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsindəAzərbaycan Respublikasının dövlət dilinin Azərbaycan diliolması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafıvə qorunması işi daha da gücləndirilmişdir. Ümummilli liderHeydər Əliyev gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindənbirini dahiyanəliklə qorumuşdu. Böyük tarixi şəxsiyyətAzərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətindəmüxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçialimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşredilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinəxüsusi önəm yetirən Ulu Öndər Azərbaycan dilinin adınıözümüzə qaytarmışdır. Ümummilli Lider Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu vəproblemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə birsıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev dövlət dilininyeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dilsiyasətinin müəyyənləşməsi, formalaşması vəmöhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyanbu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və genişməlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla ulu öndərin rəhbərliyi ilə dil siyasətini uğurla tamamlayacaqAzərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasıyaradılmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ümumilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qəbul edilmiş qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Kamran Mustafayev,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button