Analitika

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Tarixə qızıl hərflərlə yazılan bir gün. Azərbaycan xalqının yenilməz, şanlı ordusu öz gücü, qüvvəsi ilə torpaqlarımızı azad etdi. Belə bir gün də gözəl məkanımız olan Ağdam şəhərinin üzünə güldü. Ağdam şəhəri Ali Baş Komandanın başçılığı ilə şanlı ordumuz tərəfindən erməni işğalçılarından azad olundu. 20 noyabr 2020-ci il  tarixin qızıl səhifələrində yazılan Ağdamın azad olunduğu gün- şanlı gündür. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilmişdir. Əvəzolunmaz  bu uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Azad edilmiş torpaqlarda hər şey dağıdıldı.. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaqdır. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə yenidən bərpa olunmaqdadır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Artıq 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etmişdir.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır və burada yüzlərlə iş yeri açılacaq və əhalinin məşğulluğu təmin ediləcək.

İllər öncə Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.   Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmişdir. Artıq bütün dünya Azərbaycanın gücünü gördü. 44 günlük müharibə bizim gücümüzü göstərdi. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu müharibəni, Qələbəni udmaqda qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Artıq quruculuq – pərpa işlərinə start verilib və işlər sürətlə davam etdirilir. İnanırıq ki, tezliklə Qarabağın digər işğaldan azad edilmiş ərazilərində olduği kimi, yeni qurulacaq yüz minlik Ağdam şəhərində də həyat öz axarına qayıdacaq.

Əminliklə deyə bilərik ki, tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcəkdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis etmişdir. Sözügedən Sərəncama əsasən  20 noyabr  Ağdam şəhərinin əvvəlki şöhrətinin bərpa olunacağı gün kimi tarixə düşdü.

Prezidentimiz Ali Baş Komandan İlham Əliyev çox doğru söyləmişdir: “ Qarabağ bizimdir bizim olacaq”.

“Qarabağ Azərbaycandır”!

Həsənova Almara,
Xəzər rayonu, 323 №li  tam orta məktəbin müəııimi

Oxşar Xəbərlər

Back to top button