![](https://globalnews.az/wp-content/uploads/sites/11/2025/02/WhatsApp-Image-2025-02-15-at-12.36.54-780x470.jpeg)
Azərbaycan Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açılır. Afrika qitəsi əhalisi, təbii sərvətləri və inkişaf potensialı ilə XXI əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib. Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də, bəzi hallarda iqdisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqdisadiyyatında mühüm rol oynaya bilər. Bu baxımdan Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika üçün faydalı ola bilər. Afrika ölkələri Azərbaycana xüsusi önəm verir. Bunun əsas səbəb Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasətidir. Digər əsas səbəblərdən biri isə, Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr bu münasibətlərin dərinləşməsi töhfə verir. Azərbaycanla iqdisadi, siyasi və mədəni əlaqələr qurmaq istəyən Afrika ölkələrindən biridə Somali Federativ Respublikasıdır
Fevralın 12-də Azərbaycanda səfərdə olan Somali prezidenti Cənab Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Cənab Hasan Şeyx Mahmud təkbətək görüşü olub.
Cənab Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirib ki, imzalanmış sənədlər iki tərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirəcək. Cənab Prezident İlham Əliyev onu da qeyd etdiki, Azərbaycan və Somali arasında bir çox ortaq mövqelər var.
Bu iki ölkə arasında qarşılıqlı hörmət, dəstək həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələri vardır. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.
Xəyalə Bağırova,
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin Tarix müəllimi