
Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nı təsdiq edib.
Globalnews.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki qurumlar – “Sedam” MMC və Mərkəzi laboratoriya daxil edilib.