
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Belarusun kalium sənayesinə tətbiq etdiyi sanksiyaların ləğvinə cavab olaraq 123 şəxsi azad edib.
“Globalnews.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, azad edilənlər arasında həm Belarus, həm də digər ölkələrin vətəndaşları var. Onlar casusluq, terrorçu və ekstremist fəaliyyət və s. kimi müxtəlif maddələrlə məhkum ediliblər.



