Analitika

9 may Qələbə günü və bu qələbənin əldə olunmasında Azərbaycanın misilsiz rolu

Bəşəriyyətin ən dağıdıçı müharibəsi, ikinci dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən Müharibəsi o zamanlar sovetlər birliyi tərkibində olan Azərbaycandan da yan keçmədi. Müharibənin ilk günündən etibarən Azərbaycandan minlərlə könüllü vətəni müdafiəyə qalxdı. Faşizm təhlükəsi dünya üçün təhlükə olduğu bir dövrdə Azərbaycan kənarda qala bilməzdi. Bu zaman 200 min adam xalq qoşununa yazıldı. 40 min könüllü mühahiribəsinin od alovu icinə atıldı. Ümumuyyətlə Azərbaycandan bu müharibədə 700 mindən artıq adam iştirak etmiş, onlardan yarlya qədəri müharibədən qayıtmamış, nəinki, Rusiyanın, Polşanın, Cüxoslovakiyanın, Bolqarıstanın, Macarıstanın Rumıniyanın azad olunmasında iştirak edərək həyatlarını itirmişlər.

Bu illərdə Azərbaycanda milli dviziyalar formalaşdı. Bunlardan şanlı döyüş yolu kecən 402, 223, 416, 271, 77 dviziyaları göstərmək olar. Bu dviziyalar Qafqazdan Berlinə qədər döyüş you keçmişlər. Müharibə illərində göstərdiyi igidliyə görə 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilmişdilər. Bu müharibədə nəinki Azərbaycandan, Qafqazdan ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adina İsrafil Məmmədov layiq görülmüşdür. Novqorodun Pustınka kəndində qeyri bərabər döyüşdə 70 dən artıq faşist əsgər və zabitini məhv edərək İsrafil Məmmədov bu ada layiq görülmüşdür.

Həzi Aslanov Moskva uğrunda gedən döyüşlərdə Qırmızı Ulduz ordeninə, Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmuşdür. Daha sonra Polşanın azad olunmasında Berezina çayini kecərkən 500 dən cox yaşayış məntəqəsini azad edərkən göstərdiyi qəhrəmanlığa görə Həzi Aslanov II dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. İgir oğlumuz 1945 ci ildə Pribaltika ərazisindı qəhrəmancasina həlak olmuşdur. Gəray Əsədov, komandirini xilas edərkən dənizci Qafur Məmmədov, Leninqradın müdafiəsində 17 yara almasına baxmayaraq təyyarısini yerə endirmiş və həlak olan Hüseynbala Əliyev, snayperci qadın Ziba Qəniyeva, təyyarıçi Zülüyxa Seyidməmmədovanın qəhrəmanlıqları tarixə düşmüşdür. Ziya Bünyadov müharibədə şanlı döyüş yolu keçmişdir. O Polşanın azad olunmasında qəhrəmanlıq göstərmiş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O Berlinə qədər döyüş yolu keçmiş, uzun müddət tarixci alim eyni zamanda Respublka Veteranlar Şurasının sədri işləmişdir. Rəşid Məcidov Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancmışdır. Ümumiyyətlə müharibədə 121 nəfər Azərbaycandan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüçdür ki, bunların da 43 nəfəri azaərbaycanl olmuşdur. Azərbaycan oğulları partizan hərəkatında da qəhrəmanlıq göstərmişlər. Yuqoslaviya partizanları icində şöhrt qazanan Mehdi Hüseynzadə 100 lərlə faşisti məhv edərək qəhrəmancasına 1944 cü ildə həlak olmuşdr. Sonralar o Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Əhmədiyyə Cəbrayılov isə Fransa müqavimət hərəkatinda iştirak edərək Fransanın ən ali ordeni olan Fəxri Legion ordeninə layiq görülmüşdür.

Müharibədə qələbənin qazanılmadında Bakı neftinin rolu misilsiz idi. Bu həqiqəti sovet sərkərdələri Georgi Jukov, Konstantin Rokossovski, F. İ. Tolbuxin, öz çıxışlarında vurğulamışlar.

Müharibə illərində Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktan ədədli təyyarə benzininin ixtirası xalqımızın qələbəyə verdiyi əvəzsiz töhvədir. Məhz bu hadisədən sonra sovet aviasiyası cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Müharibə illərində almanar Bakının xüsusən də neftin ələ kecirilməsinə böyük önəm vermiş, Kontinental Neft cəmiyyəti yaratməışdılar. Lakin faşistlərin bu istəyi baş tutmadı.

Müharibənin ilk günlərində Respublika 12 saatlıq iş gününə keçdi. Maşınqayırma müəsisələrinin 95 % i müharibə üçün silah, sursat istehsalına başladı. Bu müəsisələrdə 130 adda silah sursat, mərmi istehsal edilirdi. 1942 ci ildə Bakıda “Katyuşa “artileriya qurğusu istehdal edən zavod yaradıldı. Bir qədər sonra YAK qırıcı təyyarələri və təyyarələr üçün hissələr istehsal edilməyə başlandı. 1941-1945 ci illərdə Zaqafqaziya dəmir yolları Bakı şöbələsinin dəmiryolcularının şücaəti sayəsində cəbhəyə 1600000 vaqon, o cümlədən 480 min vaqon yük, 500000 min sistern neft məhsulları göndərilmişdir.

Müharibə illərində Azərbaycanda 66 təxliyə qospitalı yaradılmış, həkimırin səyi ilə bir çox yaralılar sağalıb yenidən döyüş bölgələrində düşmənə qarşı vuruşurdular. 1942 ci ilin yanvarinda Tibb elmləri doktoru Əziz Əliyevin təşəbbüsü ilə “Yaralı döyüşcülərə və xəstələrə kömək komitəsi yaradılmışdır. Azərbaycan xalqı müdafiə fondu üçün 15 kq. qızıl, 952 kq. Gümüş, 311 milyon manat pul göndərmişdir.

Müharibə illərində mədəniyyət işciləri, yazıçılar da “Hər şey cəbhə üşün, hər şey qələbə üçün” prinsipi ilə fəaliyyət göstərirdilər. Belə ki, bu dövrdə yazılan serlər, musiqi əsərləri xalqı düşmənə qarşə daha əzmlə mübarizəyə səsləyirdi, onda vətənpərvərlik hisslərini gücləndirirdi.

Faşizm üzərində qələbənin ildönümü hər il Respublikamızda təntənə ilə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, abidəsi önündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Belə ki, Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Prezident İlham Əliyev veteranlarla görüşərək öz çıxışını belə bitirmişdir. ”Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik.

Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button