GündəmSosial

“80 mindən çox müəllim sertifikasiyadan keçirilib, maaşları artırılıb”

“Son 30 il ərzində ölkə ərazisində 3600-dən çox ümumi təhsil müəssisəsi inşa olunub və ya əsaslı təmir edilib. 1,3 milyon şagirdin təlim və təhsil şəraiti yaxşılaşıb”.

Globalnews.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

O qeyd edib ki, STEAM layihəsi 300 mindən çox, Rəqəmsal bacarıqlar layihəsi isə 500 mindən çox şagirdi əhatə edir.

Nazir müavini həmçinin 80 mindən çox müəllimin sertifikasiyadan keçirildiyini və maaşlarının artırıldığını vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button