AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü: Azərbaycan Tarixinin Şanlı Səhifəsi

8 Noyabr Azərbaycan xalqının qürur, birlik və milli iradə günüdür. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə ilə Şuşa şəhərinin azad edilməsi bu tarixin dönüş nöqtəsinə çevrildi və həmin gün ölkəmizin Zəfər Günü kimi qeyd olunmağa başladı.

Bu qələbə yalnız hərbi üstünlüyün deyil, xalq–ordu–dövlət birliyinin gücünün təcəssümüdür. İgid əsgər və zabitlərimizin göstərdiyi şücaət, əzmkarlıq və fədakarlıq sayəsində işğal altında olan torpaqlarımız azad edildi, illərlə davam edən həsrətə son qoyuldu.

Zəfər Günündə xalqımız şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmətlə anır, qazilərimizin qəhrəmanlığını ehtiramla yad edir. Onların hər biri Azərbaycanın azadlığı və gələcəyi üçün canından keçərək əbədi qəhrəmanlıq nümunəsi yaratdı.

Bu gün təkcə keçmişin qələbəsi deyil, həm də gələcəyə olan inamın, gücün və yenidən doğulan Qarabağın rəmzidir. 8 Noyabr bütün azərbaycanlıların birliyini, yenilməzliyini və torpağa olan sevgisini bir daha dünyaya nümayiş etdirir.

Zəfər Günü – hər birimizin qəlbində yaşayan unudulmaz tarixdir.

İsgəndərova Eliza,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button