AnalitikaGündəmSiyasət

28 May – Müstəqillik Günü

1918-ci il 28 may tarixində elan edilmiş və Şərqdə ilk parlamentli, demokratik və dünyəvi respublika kimi tarixə düşmüşdür. Bu dövlət Azərbaycan xalqının uzun illər davam edən milli azadlıq və dövlətçilik ideyalarının məntiqi nəticəsi idi. Cümhuriyyətin yaranması təkcə siyasi hadisə deyil, həm də milli şüurun formalaşmasının mühüm mərhələsi idi. Azərbaycan xalqı həmin dövrdə öz taleyini özü müəyyən etmək imkanı qazandı və müstəqil dövlət quruculuğuna başladı. Parlamentin fəaliyyət göstərməsi, qanunların xalq nümayəndələri tərəfindən qəbul olunması və dövlət idarəçiliyinin hüquqi əsaslar üzərində qurulması o dövr üçün çox böyük tarixi nailiyyət idi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət – cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik baxımından dərin izlər buraxdı. Bu dövlət müasir idarəetmə prinsiplərinin əsasını qoydu, vətəndaş bərabərliyi ideyasını formalaşdırdı və hüquqi dövlət anlayışını inkişaf etdirdi. Həmin dövrdə Azərbaycan cəmiyyətində milli kimlik, azadlıq və müstəqillik ideyaları daha da gücləndi. Cümhuriyyət həm də təhsil, mədəniyyət və ordu quruculuğu sahəsində mühüm addımlar atdı. Bu islahatlar gələcək Azərbaycan dövlətinin inkişafı üçün ideoloji və institusional baza yaratdı.

Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq arenada tanınmaq üçün diplomatik fəaliyyətə xüsusi önəm verirdi. Xarici dövlətlərlə əlaqələrin qurulması, nümayəndəliklərin açılması və beynəlxalq təşkilatlarla əməkdaşlıq cəhdləri Azərbaycanın müstəqil dövlət kimi dünya siyasətinə inteqrasiyasının başlanğıcı idi. Lakin o dövrün mürəkkəb geosiyasi vəziyyəti səbəbindən bu dövlət uzun müddət mövcud ola bilmədi. Buna baxmayaraq, onun yaratdığı dövlətçilik ənənələri Azərbaycan tarixində silinməz iz buraxdı və gələcək nəsillər üçün örnək oldu.

Azərbaycanın müasir dövlətçilik tarixində həlledici rol oynamışdır. Onun fəaliyyəti ölkənin müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və siyasi sabitliyin təmin olunması ilə sıx bağlıdır. O, belə bir fikir ifadə etmişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu fikir müstəqilliyin yalnız əldə olunmasının deyil, onun davamlı şəkildə qorunmasının daha böyük məsuliyyət tələb etdiyini göstərir. Onun rəhbərliyi dövründə Azərbaycanda ciddi siyasi böhranların qarşısı alınmış, dövlət idarəçiliyi sistemi sabitləşdirilmiş və iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmış və öz müstəqil inkişaf yolunu müəyyən etmişdir.

Müstəqillik ideyaları sonrakı illərdə daha da möhkəmləndi və Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Bu dövr ölkənin inkişafında yeni mərhələ açdı və dövlət institutlarının gücləndirilməsi istiqamətində geniş islahatlar həyata keçirildi. Dövlətin iqtisadi və siyasi potensialı artdı, beynəlxalq əlaqələr genişləndi və Azərbaycan regionda mühüm aktora çevrildi.

İlham Əliyev rəhbərliyi dövründə Azərbaycan daha da inkişaf etmiş, iqtisadi gücünü artırmış və beynəlxalq nüfuzunu möhkəmləndirmişdir. Ölkə iri enerji layihələrində iştirak etmiş, regional əməkdaşlığın genişlənməsinə töhfə vermiş və müasir dövlət kimi mövqeyini gücləndirmişdir. Azərbaycanın diplomatik fəaliyyəti daha sistemli və çoxşaxəli xarakter almışdır.

Beləliklə, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən mühüm simvollardan biridir. Bu gün həm keçmiş tarixi hadisələrin xatırlanması, həm də müasir dövlətin inkişaf yolunun qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyin ideoloji əsasını qoymuş, müstəqillik ənənələri isə bu gün də uğurla davam etdirilir

Mansurova Cəmilə,
Tibbi biliklərin əsaslari və MM kafedra müəllim Mansurova Cəmilə

 

 

Oxşar Xəbərlər

Back to top button