AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr – Şəhidlərin Xatirəsinin Yad Edilməsi Günü

27 Sentyabr tarixinin Anım Günü kimi qeyd olunması Azərbaycan xalqının şəhidlərə olan ehtiramının ifadəsidir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsi ilə bağlı tarixi hadisələrin xatırlanması baxımından əhəmiyyətlidir.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları ölkənin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak ediblər. Həmin dövrdə həyatını itirən hərbçilərin xatirəsi dövlət və cəmiyyət tərəfindən daim yad edilir.

Anım Günü ilə əlaqədar müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində və ictimai təşkilatlarda tədbirlər təşkil olunur. Bu tədbirlərdə şəhidlərin həyat və döyüş yolu haqqında məlumatlar təqdim edilir.

Şəhidlərin xatirəsinin qorunması Azərbaycan xalqının tarixi yaddaşının mühüm hissəsidir. 27 Sentyabr bu yaddaşın gələcək nəsillərə ötürülməsinə xidmət edən əlamətdar tarixlərdən biridir.

Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button