AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr – milli yaddaşın müqəddəs səhifəsi

Tarix yalnız qələbələrdən ibarət deyil. Tarixi yaşadan həm də həmin qələbələrin hansı itkilərlə əldə edildiyini xatırlamaqdır. Azərbaycan üçün 27 Sentyabr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tarix Vətən müharibəsinin başlanğıcını və şəhidlərimizin qəhrəmanlığını bir arada xatırladır.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı Sərəncamla sentyabrın 27-nin Anım Günü elan edilməsi dövlətin şəhidlərə münasibətinin mühüm göstericisidir. Sərəncamda şəhidlərin xatirəsinə ehtiram və onların qəhrəmanlığının əbədiləşdirilməsi əsas məqsədlər sırasında göstərilir.

Anım Günündə ölkənin müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət olunur, onların xatirəsi ehtiramla yad edilir. Bu mərasimlər cəmiyyətin müxtəlif nəsillərini birləşdirən mənəvi yaddaş nümunəsinə çevrilib. Şəhid ailələrinin yanında olmaq və onların qəhrəman övladlarının adlarını yaşatmaq da bu yaddaşın mühüm hissəsidir.

27 Sentyabrın mahiyyəti yalnız bir günlə məhdudlaşmır. Bu tarix bütün il boyu qorunmalı olan yaddaşın rəmzidir. Şəhidlərin xatirəsini yaşatmaq onların Vətən qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün hansı fədakarlıqlarla qorunduğunu anlatmaqdır.

Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button