27 Sentyabr – Kədər və Qürur

27 Sentyabr Azərbaycan xalqı üçün həm kədər, həm də qürur hissləri ilə bağlı olan gündür. Kədər şəhidlərimizin itkisi ilə, qürur isə onların Vətən qarşısında göstərdikləri fədakarlıqla əlaqədardır.
Bu tarixdə 2020-ci ildə başlayan Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsi yad edilir. Onların hər birinin öz ailəsi, arzuları və gələcəklə bağlı planları olub.
Anım Günündə şəhidlərin məzarları ziyarət edilir və onların ailələrinə ehtiram göstərilir. Təhsil müəssisələrində və müxtəlif təşkilatlarda xatirə tədbirləri keçirilir.
27 Sentyabr bizə şəhidlərin xatirəsini unutmamağı və tariximizi gələcək nəsillərə çatdırmağı xatırladır. Bu tarix xalqımızın yaddaşında daim yaşayacaq.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri



